BQXK əməkdaşları Dilqəm və Şahbaza baş çəkib

2018/06/dilqemsahbaz_1498045870_1518441917-1523861475_1528543863.jpg
Oxunub: 1759     19:30     09 İyun 2018    
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) işğal altında olan Qarabağda saxlanılan azərbaycanlı girovlar, Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu BQXK-nın Qarabağ üzrə missiyasının məsul şəxsi Eteri Musaelyan bildirib.

Onun sözlərinə görə, görüş zamanı girovlara ailələrindən məlumatlar çatdırılıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BQXK   Qarabağ   Girovlar  


Bizi "telegram"da izləyin