Təxribatçı əsgər döş qəfəsindən yaralanıb - Vəziyyəti ağırdır

2018/06/received_2557445827814903_1528479182.jpeg
Oxunub: 1822     01:32     09 İyun 2018    
Dünən Qarabağda təxribata cəhd edərkən yaralanan erməni əsgərin vəziyyəti ağırdır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan 3-cü qarnizon istintaq orqanı tərəfindən yayılan məlumata görə, işğal altında olan Qarabağın şimal istiqamətindəki hərbi hissənin müdafiə zolağında, təxribat törətməyə çalışan erməni əsgəri Qevork Andraniki Xaçatryan döş qəfəsindən dəlib keçən odlu silah yarası ilə yaralanıb.

Məlumata görə, hospitala təxliyyə edilən erməni əsgərin vəziyyəti ağırdır. .

İstintaq araşdırma tədbirləri davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin