Kaspşik Qarabağda cəbhə xəttindəki vəziyyəti müzakirə edib

2018/06/138936_1528438174.jpg
Oxunub: 3349     14:08     08 İyun 2018    
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik işğal altında olan Qarabağın dağlıq bölgəsinə gəlib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Kaspşik Ermənistanın Qarabağdakı hərbi birləşmələrinin komandiri general-leytenant Levon Mnatsakanyanla görüşüb.

Məlumata görə, görüş zamanı cəbhə xəttində hökm sürən əməliyyat-taktiki vəziyyət və münaqişənin həlli istiqamətində aparılan işlər müzakirə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaspşik   Qarabağ  


Bizi "telegram"da izləyin