ABŞ Türkiyənin S-400 almasına qarşı səylərini davam etdirəcək - Pompeo

2018/05/345_1527234500.jpg
Oxunub: 1845     15:47     25 May 2018    
Donald Tramp administrasiyası Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemləri almasını əngəlləmə istiqamətində bundan sonra da işlər görəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Konqresin Xarici İşlər komitəsinin dinləmələrindən çıxış edən ABŞ Dövlət katibi Maykl Pompeo danışıb.

“Biz səylərimizə davam edəcəyik. İnanıram ki, onlar hələki həmin sistemləri əldə etməyiblər və ümid edirəm bu heç zaman baş tutmayacaq”, - deyə Pompeo bildirib.

Parlament üzvlərində biri Trampın Türkiyəni cəzalandırmaq məqsədilə F-35-lərin satılmasından imtina edib-etməyəcəyinə dair sual verib. Pompeo isə bu barədə qərarın hələlik qəbul edilmədiyini söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pompeo   ABŞ-Türkiyə  


Bizi "telegram"da izləyin