Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə təsdiqlənən büdcə layihəsinin mətnində bəhs edilir.
Məlumata görə, qanun layihəsinin qüvvəyə minməsində 60 gün sonra müdafiə naziri dövlət katibinin konsultasiyası ilə Konqresin ixtisaslı komitələrinə “Birləşmiş Ştatlar və Türkiyə münasibələrinin statusu barədə” hesabat təqdim etməlidir. Hesabatda Türkiyənin Rusiyada S-400 komplekslərinin almasının mümkünlüyü qiymətləndirilməli və bu razılaşmanın ABŞ-Türkiyə münasibətlərinə təsiri araşdırılmalıdır.
Konqresi maraqlandıran daha bir məsə S-400-lərin alınmasının F-35 və F-16 qırıcılarının, “Patriot” zenit komplekslərinin, CH-47 “Chinook” ağır nəqliyyat helikopterləri və digər texnikaların işinə necə təsir göstərməsidir.
Ağalar Qəribov
Ordu.az