Rusiyalı ekspert: “NATO və Rusiya Avropada real müharibəyə hazır deyil”

2018/05/345345_1527231911.jpg
Oxunub: 4405     15:02     25 May 2018    
“Rusiya və qərb tərəfindən geniş miqyaslı hərbi təlimlər keçirilməsinə baxmayaraq, onların heç biri Avropada əsl müharibəyə hazır deyil”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert Sergey Utkin danışıb.

Rusiyanın Primakov Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər üzrə Milli Tədqiqat İnstitutunun tədqiqatçısı olan Utkin söyləyib ki, hər iki tərəfin hazırda etdiyi əsasən simvolikdir.

“Simvolik addımların əsas məqsədi əks tərəfin addımlarına qarşı qəzəbi ifadə etmək və belə addımların qəzəbi daha da artıracağına əmin etməkdir. Bu mənada, həmin təlimləri sadəcə balanslaşdırma üçün axtarış da adlandırmaq olar. Sadəcə hər iki tərəf özünün çəkindirmə gücündən məmnundur”, - deyə o bildirir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO   Avropa  


Bizi "telegram"da izləyin