Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun 2019-cu maliyyə ili üçün nəzərdə tutulan qanun layihəsində bildirilir.
İctimailəşdirilən materiallara əsasən, Rusiya və Çin ABŞ-ın strateji rəqibləri və revizionist güclər kimi tanınır. Qanun layihəsində qeyd edilir ki, Birləşmiş Ştatların fəaliyyəti Avropada daha geniş strategiya çərçivəsində müttəfiq və tərəfdaşların müdafiəsinin gücləndirilməsinə kompleks yanaşmada ifadə edilir.
“Bu, Avropada Rusiya aqressiyasının qarşısı almaq və lazım gələrsə, dəf etmək məqsədilə həyata keçirilir”, - deyə sənəddə qeyd olunur.
Ağalar Qəribov
Ordu.az