Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Baş komandanı və Baş naziri Heydər əl-Abadi bildirib.
Onun sözlərinə görə, İraq HHQ-ə məxsus F-16 qırıcıları terrorçuların raket anbarlarına zərbələr endirib. Hücum nəticəsində anbarın tamamilə dağıdıldığı bildirilir.
Heydər əl-Abadi İraq-Suriya sərhədinin ordunun müttəfiq qüvvələri və sərhəd qvardiyaçılarının nəzarətində olduğunu qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az