Ordu.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə orduya yaxın mənbələr məlumat yayıb.
Suriya İnsan Hüquqları üzrə Müşahidə Qrupu Xüms vilayətindəki Daba hərbi aeroportuna 6 raket atıldığını və raketlərin buradakı Hizbullaha məxsus silah deposunu hədəf aldığını bildirib.
Məlumat dəqiq olmasa da Qrup raketlərin İsrail tərəfindən atıla biləcəyinin ehtimal edildiyini qeyd edir.
Ağalar Ağalarlı
Ordu.az