Ordu.az Belarus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
“Regiondakı problemlərin əksəriyyəti NATO-nun hərbi-siyasi təsiri ilə bağlıdır. NATO bir çox Baltikyanı ölkələrə ağır silahlar yığır. Minsk bu fəaliyyəti ikili bazalanma yolu ilə qüvvələr balansının dəyişdirilməsi kimi qiymətləndirir. Bu səbəbdən hesab edirəm ki, regional problemlər Alyansın Şərqdə mövcudluğunu genişləndirməsi ilə əlaqədardır”, - deyə Lukaşenko bildirib.
O qeyd edib ki, Hindistan, Yaponiya və Çini də cəlb etməklə ATƏT çərçivəsində dialoqu möhkəmləndirmək lazımdır. Bu, dünya səviyyəsində problemlərin aradan qalxmasına yardımçı ola bilər.
Ağalar Qəribov
Ordu.az