Türkiyə MSM avtonom vasitələrə dair müsabiqələr keçirəcək

2018/05/345345_1527171566.jpg
Oxunub: 2976     22:18     24 May 2018    
Türkiyə Müdafiə Sənayesi Müstəşarlığı pilotsuz və muxtar vasitələrinə olan tələbatın artmasından dolayı bu il iki sahə üzrə 3 fərqli müsabiqə həyata keçirəcək.

Ordu.az “Star”a istinadən xəbər verir ki, bu barədə Müstəşarlığın rəhbəri İsmail Dəmir məlumat yayıb.

Onun sözlərinə görə, ötən il ilki keçirilən ROBOİK yarışması bu il sadəcə dizayn yarışması olmaqdan çıxacaq. İl ərzində “Pilotsuz/muxtar Quru Vasitələri Təkmilləşdirmə Müsabiqəsi”, “Pilotsuz Sualtı Vasitələr üçün Prototip Müsabiqəsi” və “ Pilotsuz/muxtar Dəniz Sistemləri Sənaye Dizaynı Müsabiqəsi” keçiriləcək.

Müsabiqənin qalibləri üçün nəzərdə tutulan mükafatlardan danışan nazir ilk üç yerə uyğun olaraq 30, 20 və 10 min türk lirəsi təqdim ediləcəyini qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSM  


Bizi "telegram"da izləyin