Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, flotiliyanın gəmilərinin hava hücumundan müdafiə bölmələri iki PUA qrupu aşkarlayıblar. Bir PUA qrupu böyük sürətlə dəniz tərəfdən, digəri isə quru tərəfdən və yerə yaxın hündürlükdən uçub.
Operativ növbətçi gəminin komandasına uyğun olaraq gəmilərin hava hücumundan müdafiə sistemləri tətbiq edilib. Dərhal akvatoriyaya daxil olan PUA vasitələri məhv edilib. Bu prosesdə artlleriya bölmələrinin dəqiqliyi xüsusilə diqqətçəkici olub.
Ağalar Qəribov
Ordu.az