Çin Cənubi Çin dənizində minlərlə əsgərin qala biləcəyi şəhərcik tikir

2018/05/34534_3054338400.jpg
Oxunub: 2161     01:59     25 May 2018    
Çinin Cənubi Çin dənizindəki yeddi süni adasından biri olan Subidə 400-ə yaxın ev tikilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, “DigitalGlobe” peyk və məlumat analiz şirkətinin əldə etdiyi görüntülərdən aydın olub.

Bu mənzillərdə XAO-nun minlərlə hərbi qulluqçusunun saxlana biləcəyi iddia edilir. “Böyük üçlük” adalarının digər ikisi olan Misşef və Firi Kros adalarında isə 2 minə yaxın dəniz piyadasının yerləşdirilməsi güman edilir. Hər iki adada Subidə görünən binalara bənzər 190 hərbi tikili peyda olub.

Çin ötən həftə “Cənubi Çin dənizi üçün Döyüş” təlimi üçün süni adalara nüvə imkanlı H-6K bombardmançıları yerləşdirdiyini elan edib.

Çin 500 mil ərazidə uzanan 100-dən çox adadan ibarət arxipelaqda hərbi mövcudluğu olan yeganə ölkə deyil. Tayvan, Vyetnam, Malayziya və Filippinin də bölgədə kiçik hərbi kontingenti var.



Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Cənubi-Çin-dənizi  


Bizi "telegram"da izləyin