Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, əl-Şulə parkında bədəninə partlayıcı qurğu bərkidən şəxs özünü partldıb.
Ölən və yaralananlar arasında uşaqların da olduğu bildirilir. İraq prezidenti Fuad Məsum hücumu pisləyərək təhlükəsizlik qüvvələrinin təşkilatçıları cəzalandırmaq üçün zəruri tədbirləri görməyə çağırıb.
Hələlik hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, onu İŞİD-in törətdiyi ehtimal edilir.
Ağalar Ağalarlı
Ordu.az