Fransa HHQ H160M helikopterləri sifariş edib

2018/05/46_1527168428.jpg
Oxunub: 2112     01:32     25 May 2018    
Fransa Hərbi Hava Qüvvələri “Airbus Helicopters” şirkətindən H160M helikopterləri almağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa HHQ-nin helikopter filotiliyasının komandiri polkovnik-leytenant Erik Qoffinon bildirib.

Qoffinonun sözlərinə görə, Paris son olaraq əlavə 38 helikopterin istehsalını istəyib və bununla da ümumilikdə sifariş verilən helikopterlərin sayı 168-ə çatıb. Bu helikopterlərin 2025-ci ilə qədər çatdırılması gözlənilir.

Qoffinon bildirib ki, razılaşmada hazırlanacaq H160M-in həm “Lockheed Martin”in KC-130-dan, həm də “Airbus”un A400M-dən yanacaq qəbul etməyə uyğun olması istənib.

“Bu “Airbus” üçün əsas çətinlikdir, lakin onlar bunun üzərində işləyirlər”, - deyə komandir əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   HHQ   H160M  


Bizi "telegram"da izləyin