Türkiyənin paytaxtı Ankarada yerləşən barıt fabrikində meydana gələn partlayışda azı bir nəfər həlak olub, altı nəfər isə yaralanıb.
Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, fabrik “Barutsan” şirkətinə məxsusdur.
Məlumata görə, partlayış nəticəsində meydana gələn yanğının söndürülməsi işləri davam etdirilir. Ölən və ya yaralananların sayının artması istisna edilmir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Türkiyə
Barıt-zavodu