Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirlər ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda yer alıb.
“Koreya Xalq Demokratik Respublikası ilə bağlı hərbi və təhlükəsizlik vəziyyəti – 2017” başlıqlı bəyanatda Şimali Koreyanın Şimal-Şərqi Asiya, regiondakı ABŞ qüvvələri və ümumilikdə dünya üçün təhdid olduğu vurğulanır.
Eyni zamanda ABŞ Dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatların qarşıdan gələn Tramp-Kim sammitinə hazırlaşdığını dilə gətirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və KXDR rəhbəri Kim Çen In arasında planlaşdırılan görüşün iyunun 12-də baş tutması nəzərdə tutulub.
Ağalar Ağalarlı
Ordu.az