Mun Çje İn: “Donald Tramp Koreya yarımadasında sülhü təmin edəcək”

2018/05/45645_1527053336.jpg
Oxunub: 2174     13:27     23 May 2018    
“ABŞ prezidenti Donald Tramp KXDR-in hərbi nüvə proqramının ləğvinə nail olacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Mun Çje İn Ağ Evdə Trampla görüşməmişdən öncə jurnalistlərə bəyan edib.

“Əminəm ki, prezident Tramp Amerika-Şimali Koreya sammitini uğurla keçirməklə və rəsmi olaraq 65 ildir davam edən Koreya müharibəsinə son qoymaqla tarixi nəticəyə nail ola bilər”, - deyə Mun Çje İn bildirib.

O qeyd edib ki, Trampın Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə nail olacağına şübhə etmir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   KXDR  


Bizi "telegram"da izləyin