Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Prezident Vladimir Putin və Almaniya kansleri Angela Merkel Ukraynada sülhməramlı missiyanı müzakirə ediblər”, - deyə Peskov bildirib.
Peskov qeyd edib ki, bu mövzu yalnız iki tərəfə aid deyil, onun detalları BMT Təhlükəsizlik Şurasında müzakirə edilməlidir.
Ağalar Qəribov
Ordu.az