Fransa YPG-yə dəstəyini artırır

2018/05/234_1526908867.jpg
Oxunub: 2916     00:59     22 May 2018    
Fransa xüsusi təyinatlı qüvvələri Suriyanın İraqla sərhəd zonasında YPG-nin nəzarətində olan bölgələrdə 6 artilleriya batareyası yerləşdirib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, batareyalar Deyr əz-Zor vilayətinin şimalındakı Baquz kəndində quraşdırılıb.

Fransız əsgərlər adıçəkilən ərazidən başqa həm də Münbic, əl-Hasaka, Ayn Issa və Rəqqada da fəaliyyət göstərir.

YPG-nin yaydığı məlumata görə, qəsa müddət öncə Fransadan 50 əsgəri Münbicə gələrək hərbi baza qurmağa başlayıblar. Bununla da bölgədə yerləşdirilmiş Fransa əsgərlərinin sayı təqribi olaraq 250-ə çatıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   YPG  


Bizi "telegram"da izləyin