İki həftədə Latakiyada 34 əsgər həlak olub

2018/05/received_2541999776026175_1526742635.jpeg
Oxunub: 2046     23:08     19 May 2018    
Son iki həftə ərzində Suriyanın Latakiya vilayətində hökumət qüvvələrinin azı 34 üzvü həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hökumətə yaxın mənbələr bildirib.

Məlumata görə, silahlı qruplaşmaların müqaviməti gücləndirməsi ilə son zamanlarda rejim qüvvələri arasındakı ölü sayı da artıb. Belə ki, aprelin ortalarından etibarən Əsəd qüvvələri arasındakı ölü sayısı artıq 250-ə çatıb.

Yerli monitorinq qruplarının hesablamalarına görə, ölkədəki vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu vaxta qədər ümumilikdə 125 min hökumət meyilli döyüşçü həyatını itirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Latakiya   Terror  


Bizi "telegram"da izləyin