İdlibdə terrorçuların “komandir”i zərərsizləşdirilib

2018/05/48845_1526711479.jpg
Oxunub: 2799     14:31     19 May 2018    
Suriya Quru Qoşunlarının İdlibdəki hərbi əməliyyatı nəticəsində terrorçuların “komandir”i Aqaba Kalaş məhv edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ordunun raket bölükləri əl-Mansur regionunda terrorçulara məxsus hərəkət edən maşını hədəf alıb.

Maşında olan terrorçu Aqaba Kalaş və onun silahdaşları məhv edilib. Eyni zamanda artilleriya qüvvələri də İdlibin qərbində terrorçuların mövqelərinə zərbələr endirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib   Terror  


Bizi "telegram"da izləyin