Ordu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə görüşəcək.
Görüşdə tərəflər NATO və Rusiyanın Avropa regionundakı fəaliyyətini, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Gerasimov Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə də görüşəcək.
Ordu.az