Kursantlar arasında beynəlxalq idman yarışları davam edir - FOTOLAR
Oxunub: 1816
16:46
19 Aprel 2018
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında keçirilən beynəlxalq idman yarışları davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, kursantlar 57, 70, 84 və 96 kq çəki dərəcələrində sərbəst güləş üzrə mübarizəyə qoşulublar.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları daha çox fəallıq göstərərək bütün çəki dərəcələrində rəqiblərini məğlub ediblər.