Müharibədən 2 il keçdikdən sonra diqqət çəkmədən həmin şəxsləri təmiz çıxarmağa, bəzilərini isə işlə təmin etməyə başlayıblar.
Beləliklə aprel döyüşlərindən sonra düşmən ordusunda ciddi nöqsanlar aşkarlandı. Bundan sonra kiçik və orta balıqların ovu başladı.
İlk olaraq aprelin 26-da Sarkisyanın əmri ilə kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan azad edildi. Daha sonra Sarkisyanla sıx əlaqələri olan Karapetyan Ermənistanın rusiyadakı səfirliyinin hərbi attaşesi təyin edildi. Maddi texniki təminat departamentinin rəisi Alik Mirzəbekyan, o cümlədən rabitə qoşunları və avtomatik idarəetmə sistemləri idarəsinin rəisi general-mayor Komitas Muradyan da tutduqları vəzifələrdən azad edildilər.
Bundan başqa, silahlandırma idarəsinin rəisi vəzifəsindən azad edilmiş general-mayor Melsik Çilinqaryan, 31 may 2016-cı il tarixdə həbs edildi.
Həbs edilənlər arasında olan həmin idarənin keçmiş avtomobil xidməti rəisi polkovnik Armen Marqaryanla birlikdə onlar, səlahiyyətlərindən sui-istifadə etməklə ağır nəticələrə səbəb olma maddəsi ilə ittiham edilirdilər.
Həbs edilən digər hərbi qulluqçu isə maddi texniki təminat departamentinin kimya, mühəndis və kəşfiyyat vasitələri ilə təminat şöbəsinin rəisi, polkovnik Mher Papyan olub. O, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərinin icrasında yol verdiyi səhklənkarlıqlara görə ittiham edilirdi.
Bütün bunlara baxmayaraq adları çəkilən şəxslərdən bəziləri sudan quru çıxıb ki, müttəhimlər kürsüsündə yalnız keçmiş avtomobil xidməti rəisi polkovnik Armen Marqaryan qalıb.
Marqaryan barədə iş məhkəməyə göndərilsə də, məhkəmə ona bəarət verib. Bununla yanaşı, Armen Marqaryan barədə məhkəmə məlumatı, məhkəmə informasiyaları sistemində qapalı saxlanılır.
Çox ehtimal ki, bu məlumat gizlilik baxımından yox, aprel müharibəsindən sonra həbs edilən polkovniklərin taleyi barədə məlumatları ictimaiyyətdən gizlətmək məqsədi daşıyır. Armen Marqaryan barədə məhkəmə bəraət qərarı versə də, ittihamçı prokuror qərardan yuxarı istansiya məhkəməsinə şikayət verib. Marqaryanın vəkilləri də apelyasiya məhkəməsinə şikayət edilməsindən narazı qalmaqla iş üzrə kassasiya məhkəməsinə şikayət veriblər. Hazırda məhkəmədə olan işdən nə qərar veriləcəyini demək çətin olsa da, bir şey məlumdur: ilk istansiya məhkəməsində keçmiş hərbi qulluqçuların bəraət edilməsi barədə qərarlar özbaşına verilməyib. Bu qərarlar yalnız "Bağramyan 26" (prezident iqamətgahı yerləşən ünvan) ilə razılaşdırıldıqdan sonra verilir.
Bütün bunlara cavabdeh isə bir neçə gün bundan əvvələdək, Ermənistan silahlı qüvvələrin ali baş komandanı olan şəxs - Serj Sarkisyandır.
Alpər Mövludoğlu
Ordu.az