Azərbaycandan Əfqanıstana ABŞ zihehli texnikası daşınacaq

2018/04/456456_1524127146.jpg
Oxunub: 1458     16:15     19 Aprel 2018    
Qazaxıstan parlamentinin senatı bu gün ABŞ-la Əfqanıstanda stabilləşmə və bərpa üzrə cəhdlərdə iştirak etmək üçün xüsusi yüklərin Qazaxıstan vasitəsilə daşınmasına dair hökumətlərarası müqaviləyə dəyişikliklərin daxil edilməsi barədə protokolu ratifikasiya edib.

Ordu.az “İnterfax” agentiyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan parlamentindən olan mənbələr məlumat yayıb.

Qanun yaradıcılığı proseduruna uyğun olaraq sənəd qəbul edilmək üçün Qazaxıstan prezidentinə göndərilib. Porotokol 21 sentyabr 2017-ci ildə Nyu-Yorkda imzalanıb.

Məlumata görə, ABŞ-ın Əfqanıstandakı kontingentinin maddi-texniki təminatı Pakistan vasitəsilə həyata keçirilirdi, lakin iki tərəf arasında mövcud olan hərbi-siyasi qeyri-stabillik və mövcud fikir ayrılıqlarına görə Amerika tərəfi alternativ marşrut olaraq, Azərbaycan ərazisindən Xəzər dənizi vasitəsilə Qazaxıstana və dəmir yolları vasitəsilə Özbəkistan və Əfqanıstana göndərmək planını işləyib hazırlayıb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, xüsusi yük deyərkən təkərli zirehli texnika nəzərdə tutulur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan   Azərbaycan  


Bizi "telegram"da izləyin