Erməni hərbçilər kredit böhranı yaşayır

2018/04/345345_1524041886.jpg
Oxunub: 2111     17:22     18 Aprel 2018    
Ermənistan ordusunun hərbi qulluqçuları seçim qarşısında qalıblar.

Ordu.az xəbər verir ki, Ermənistanda Tavuş vilayətinin məhkəmə qərarlarının icrası xidmətindən erməni KİV-lərinə daxil olan məlumata görə, xidmətin icraatında erməni ordusunun müqaviləli hərbi qulluqçularından pul tutulmasına dair çox sayda işlər var.

Hərbi qulluqçuların ailələri müxtəlif bank və kredit təşkilatlarından istehlak məqsədilə məişət texnikası, mənzil təmiri və digər məsələlər üçün kreditlər alır, daha sonra bu ödənişləri yerinə yetirməkdə çətinlik çəkirlər.

Ermənistanda müqaviləli hərbi qulluqçunun maaşı vəzifəsindən asılı olaraq 160-170 min dramdır. Müqaviləli hərbi qulluqçuların böyük əksəriyyəti ailələrdə tək işləyən və təminatçıdır. Mülkidəki iş sahələrində əmək haqqının azlığı səbəbindən müqaviləli xidmət edən erməni hərbçilərinin əksəriyyəti peşəsi, sənəti, daimi işi olmayan yerli şəxslərdir.

Bu məsələ Sarkisyan hakimiyyətinin orduya və müqaviləli hərbi qulluqçulara münasibətinin bariz göstəricisidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Kredit  


Bizi "telegram"da izləyin