Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Aerokosmik Qüvvələri baş komandanının birinci müavini, general-leytenant Pavel Kuraçenko bəyan edib.
“Rusiya tərəfindən Qafqaz Kollektiv Təhlükəsizlik Regionunda HHM Birləşmiş Regional Siteminin heyətində Rusiya və Ermənistandan ayrılacaq qoşunların sayı müəyyənləşdirilib”, - deyə Kuraçenko bildirib.
Sənədə Rusiya və Ermənistanın baş qərargah rəhbərləri imzalarını qoyublar. Sənədlər təsdiq edilmək üçün hər iki ölkənin müdafiə nazirinə göndərilib.
O qeyd edib ki, paralel olaraq Rusiya və Qırğızıstan, həmçinin Rusiya və Tacikistan Hava Hücumundan Müdafiə üzrə Birləşmiş Regional Sistemlərin yaradılması barədə sənədlər hazırlanır.
Ağalar Qəribov
Ordu.az