Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun hava hücumundan müdafiə qoşunları rəisi-idarə rəisi, polkovnik Armen Vardanyanın rəhbərlik etdiyi işçi qrupu 17-19 aprel tarixində Daşkənddə keçiriləcək MDB-yə üzv ölkələrin müdafiə nazirləri şurası nəzdində fəaliyyət göstərən HHM məsələləri üzrə koordinasiya komitəsinin növbəti iclasında iştirak edəcək.
Həmçinin Ermənistan ordusunun hava hücumundan müdafiə qoşunları rəisi-idarə rəisinin rəhbərlik etdiyi işçi qrupu 20-21 aprel tarixində zavod şəraitində Tulada keçiriləcək zenit raket artilleriya komplekslərinin öyrənilməsi tədbirində iştirak edəcək.
Alpər Mövludoğlu
Ordu.az