Ermənistan ordusunun hərbi qulluqçusu işgəncələrə məruz qalır - DETALLAR

2018/04/23423_1520336043_1523881915.jpg
Oxunub: 1835     19:29     16 Aprel 2018    
Ermənistan ordusunun hərbi qulluqçusu hərbi polisə qarşı verdiyi izahata görə təzyiqlərə məruz qalır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Xankəndi 1-ci qarnizon istintaq şöbəsi rəisinin müavini Hakob Hovhhanisyan işğal altında olan Əsgəranda yerləşən qanunsuz hərbi hissənin müqaviləli hərbi qulluqçusu Edqar Hakobyanı dözülməz vəziyyətə salıb.

Müstəntiq artıq üzün zamandır keçmiş hərbi qulluqçunun şəxsiyyət vəsiqəsini qaytarmır. Buna görə də Edqar Hakobyan bütün ictimai, tibbi xidmət növlərindən istifadə etmək imkanlarından mərhum edilib. Müstəntiq hər dəfə vəd etsə də, onun şəxsiyyət vəsiqəsini bu günə qədər qaytarmayıb.

Edqar Hakobyanın hüquqlarını müdafiə edən vəkil Hayarpi Sarkisyan özü də vasitəçilik edərək rəis müavini Hakob Hovhanisyana müraciət etsə də, eyni qaydada müstəntiq cavab verməyib.

Erməni vəkil qeyd edir ki, müstəntiq qaytaracağını inkar etməsə də, hər dəfə bugün-sabah deyə onu aldadır. Vəkil araşdırmanı aparan orqan rəhbərliyinə müraciət edərək, Hakobyana qarşı seçilmiş başqa yerə getməməklə bağlı iltizam həbs-qətimkan tədbirini ləğv etməyi xahiş edib. O, hesab edir ki, ittiham olunan Hakobyanın hərbi polis orqanlarına qarşı izahat verməsi onun işinə əsas əngəldir. Onun məhz bu izahatından sonra hərbi polis ona qarşı hərbi hissəni özbaşına tərketmə ittihamı ilə ikinci cinayət işini qaldırıb. Həm də Hakobyan haqqında ikinci cinayət işi, onun hərbi qulluqçu olmadığı barədə qərardan sonra verilib.

Erməni vəkil bildirib ki, müdafiə nazirliyinin iddia etdiyi kimi, Hakobyana qarşı cinayət işi, onun hərbi xidmətdən azad edilməsindən bir gün əvvəl yox, azad edildiyi gündən sonra qaldırılıb. Vəkil qeyd edir ki, Hakobyana qarşı qaldırılan cinayət işi materialları ilə tanış olmaq üçün istintaq orqanı sənədləri təqdim etmir. Nəticədə, vəkil cinayət işinin qurma olduğunu bildirir.

Ən maraqlı isə Hakobyanın 2018-ci ildə Qarabağdakı qanunsuz birləşmə rəhbəri tərəfindən yanvarın 17-də hərbi xidmətdən azad edilib və ehtiyata göndərilməsidir. Görünür, Edqar könüllü olaraq hərbi hissəni tərk edərək İrəvana gəlib və Ermənistan müdafiə nazirliyinə müraciət edərək orduda işləməyə məcbur edilməməsini tələb edərkən, o, artıq xidmətdən azad edilibmiş. Hərbi hissədə olan qanunsuzluqların dərc olunmasından sonra Hakobyanla müqavilənin köhnə tarixlə pozulduğu və bununla da, hədəf olan qanunsuz hərbi hissə komandirinin özünü xilas etməyə çalışdığı məlum olur.

Xatırladaq ki, onun Əsgəranda yerləşən "N" saylı hərbi hissədəki qeyri-insani münasibət, xidmət zaman böyrəklərində yaranan problem və bu səbəbdən döyüş növbətçiliyinə getməməsi, müalicə üçün müraciət etdiyini, lakin hərbi hissədə təzyiqlərə məruz qaldığı iddiasında olub.

O, bu barədə dəfələrlə komandirinə müraciət etdiyini bildirib. Lakin komandir onun şikayətlərini dinləməyib, yazılı müraciətlərini isə cırıb tullayıb. Erməni komandir, ya döyüş mövqelərinə gedəcəksən, ya da mühakimə olunacaqsan deyə ona cavab verib.

Nəticədə, erməni hərbi qulluqçu xidmət yerini özbaşına tərk edib. Lakin onun geri qaytarılmaqla və bir neçə dəfə hərbi polis və istintaq idarəsinin başçısı tərəfindən döyüldüyü qeyd olunur. Əslində, Hakobyan hərbi hissədə işgəncələrə məruz qalıb, ona qarşı işgəncələr tətbiq edilib və təhqir olunub. Onun döyülməsi işi üzrə 25 yanvar 2018-ci ildə cinayət işi qaldırılıb.

2018-ci ilin 26 fevral tarixində isə hərbi hissəni özbaşına tərk etməsi ittihamı ilə Edqar Hakobyanın özünə qarşı cinayət işi qaldırılıb. Ona qarşı həbs-qətimkan tədbiri olaraq başqa yerə getməməklə bağlı iltizam alınaraq buraxılıb. Bu vaxtdan ilkin araşdırma orqanı onun şəxsiyyət vəsiqəsini alıb və hələ də qaytarmayıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Əsgər   İşgəncə  

Xəbər lenti

Ermənistan ordusunun hərbi qulluqçusu işgəncələrə məruz qalır - DETALLAR

2018/04/23423_1520336043_1523881915.jpg
Oxunub: 1836     19:29     16 Aprel 2018    