Pakistan nümayəndə heyəti Azərbaycanda səfərdədir

2018/04/1572_1523881424.jpg
Oxunub: 2395     16:17     16 Aprel 2018    
Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin briqada generalı Anjum Riazın rəhbərliyi ilə Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıya səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, nümayəndə heyətinə Milli Müdafiə Universitetində təhsil alan Pakistan Silahlı Qüvvələri və dövlət qurumlarının, o cümlədən Braziliya və Nepal Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirəcək. Qonaqlar, həmçinin ölkəmizin tarixi və mədəniyyəti, iqtisadi, daxili və xarici siyasəti və digər sahələr barədə ətraflı məlumat əldə edəcəklər.

Ordu.az

Teqlər: Müdafiə-Nazirliyi   Pakistan-nümayəndə-heyəti  

Xəbər lenti

Pakistan nümayəndə heyəti Azərbaycanda səfərdədir

2018/04/1572_1523881424.jpg
Oxunub: 2396     16:17     16 Aprel 2018    