Erməni əsgər anası etiraz edir: "Bizim uşaqları öldürdülər, bizi də bu yolla öldürürlər" (VİDEO)

2018/04/345_1523542299.jpg
Oxunub: 2398     23:19     12 Aprel 2018    
"Vigen Sarkisyan ancaq yekə-yekə danışır, ordudakı özbaşınalıqdan xəbəri yoxdur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan ordusunda sülh dövründə öldürülən hərbi qulluqçuların anaları bildiriblər.

Onlar Serj Sarkisyan baş nazir seçildikdən sonra da, ölüm hadisələrinin araşdırılması məqsədilə verdiyi vədə əməl etməsi tələbi ilə hökumət binası qarşısında etiraz aksiyaları keçirəcəklərini bildiriblər.

“2011-ci ildə prezident iqamətgahının dəmir barmaqlıqlarının arxasından bizə vəd vermişdi ki, bizim uşaqların ölüm işləri araşdırılacaq və açılacaq. O, demişdi ki, cinayət işlərinin ədalətli araşdırılmasında maraqlı tərəflərdən biri elə özüdür, ancaq bugünədək heç nəticə yoxdur”, - deyə etirazçılardan biri Nana Muradyan bildirib.

Valideynlərdən biri Qohar Ohancanyan Serj Sarkisyanın baş nazir olmasından sonra onun problemini həll edəcəyinə əmin olmadığını bildirib.

“Oturacağı dəyişməklə heç nə dəyişməz. Bu qədər vaxt keçib, əgər istəsəydi həll edərdi, ancaq heç bir şey etmədi. Bir şey dəyişəcəyinə ümid etmirik. Bizim uşaqları öldürdülər, bizi də bu yolla öldürürlər”, - deyə Ohancanyan etiraz edib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vigen-Sarkisyan   Etiraz   Əsgər-anaları  


Bizi "telegram"da izləyin