Türkiyə HHQ YPG-nin iki atəş mövqesini məhv edib

2018/01/orig-1516551491_vvs-turcii_1_b9784db98d1aa8d3ada8e29496f4ef614564_1516599920.jpg
Oxunub: 3670     13:36     22 Yanvar 2018    
Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri PYD və YPG terrorçularının sərhədyanı bölgədə yerləşən Türkiyə şəhərlərini atəşə tutduqları 2 atəş mövqesini məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.

Məlumata görə, Türkiyənin Reyhanlı şəhərinə 11 raket atılıb və onlardan 9-u şəhərə düşüb. Nəticədə biri Suriya vətəndaşı həlak olub, daha 47 insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Həmçinin Kilis şəhəri də atəşə məruz qalıb. Şəhərdə 4 mərmi partlayıb, nəticədə 7 nəfər yaralanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zeytun-budağı   YPG   Terror  


Bizi "telegram"da izləyin