ABŞ HDQ-nin “Williams ESB4” gəmisi sınaqlara başlayıb

2018/01/hershel-woody-williams-esb-4_034534_1516367528.jpg
Oxunub: 2834     21:11     19 Yanvar 2018    
ABŞ Hərbi Dəniz Qüvvələrinin “USNS Hershel Woody Williams ESB4” böyük ekspedisiya gəmisi ilk dəfə sınaqlardan keçirilmək üçün açıq dənizə çıxıb.

Ordu.az Vpk-news.ru saytına istinadən xəbər verir ki, bu barədə Navaltoday.com saytı məlumat yayıb.

Sınaqlar çərçivəsində “General Dynamics NAASCO” şirkətinin mütəxəssisləri və ABŞ Hərbi Dəniz Donanmasının qəbul komandası gəminin əsas sistemini, suda hərəkət keyfiyyətlərini sınaqdan keçirəcəklər.

Qeyd edək ki, sınaqların nəticələri qaneedici olarsa, gəmi Amerika donanmasına qəbul ediləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Williams-ESB4  


Bizi "telegram"da izləyin