Ordu.az “A Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Hüseyn Cabəri Ənsari bəyan edib.
Ənsari xəbər verib ki, bu gün Soçidə Rusiya, Türkiyə və İranın Suriya üzrə üçtərəfli danışıqlarına yollanacaq.
O xatırladıb ki, Rusiya və İranın regional münaqişələrin tənzimlənməsi üzrə xüsusilə böyük təcrübəsi var.
“Ümid edirəm ki, danışıqlar əməkdaşlığın genişləndirilməsinə səbəb olacaq”, - deyə diplomat vurğulayıb.
Ağalar Qəribov
Ordu.az