Son illərdə Misir hərbi potensialını radikal şəkildə artırır. Qahirə bir təchizatçı ilə məhdudlaşmır, ABŞ və Fransadan, Rusiya və Çindən silah alır. Lakin "ərəb baharı"ndan sonra Misir bazarında aparıcı mövqe Amerika Birləşmiş Ştatlarından Rusiyaya keçib. Ekspertlərin fikrincə, Misirin Rusiyaya yaxınlaşması regiondakı geosiyasi vəziyyəti dəyişə bilər.
Son on il ərzində Misir iqtisadi tənəzzülə, regional təsirin itirilməsinə və xarici düşməninin olmamasına baxmayaraq, ordunun silahlanmasına ciddi vəsaitlər yatırır. Misirin hərbi potensialının artırılması Abdul-Fəttah əl-Sisinin hakimiyyətə gəlməsindən, yəni 2013-cü ildən xeyli artıb.
Hərbi təyinatlı məhsulların alınması
Misirin bahalı silah alış-verişinin böyük hissəsi Əl-Sisinin prezidentliyi dövrünə təsadüf edir. Belə ki, 2010-cu ildən qahirə 387 ədəd amerika istehsalı M1 "Abrams" tankı əldə edib: Misir ordusunun silahlanmasında hazırda 1360 ədəd tank var, bu isə İsraildəkindən 3 dəfə çoxdur.
Həmçinin, Misir ABŞ-dan 762 ədəd minaya qarşı mühafizəyə malik olan və uğurla Əfqanıstan və İraqda döyüşlərdə sınaqdan keçən təkərli zirehli vasitə - MRAP alıb.
Əlavə olaraq, Misir Rusiyaya ilə hərbi əməkdaşlığı inkişaf etdirir. 2015-ci ildə Qahirə Rusiyadan S-300VM "Antey-2500" (NATO təsnifatına görə SA-23 Gladiator) hava hücumundan müdafiə sistemləri almaq üçün Moskva ilə 1 milyard dollar məbləğində müqavilə bağlayıb. 2020-ci ildə 50 ədəd dördüncü nəsil MiQ-29 təyyarəsinin alınması başa çatacaq.
2014-cü ildə Misir "Gowind-2500" tipli dörd korvetin inşası üçün Fransa ilə 1 milyard dollarlıq müqavilə imzalayıb.
Misirin ən diqqət çəkən hərbi alışı 21 min ton ağırlığında "Mistral" tipli iki fransız helikopter daşıyıcısı idi. Əvvəlcə bu gəmilər Rusiya üçün nəzərdə tutulurdu, lakin müqavilə Krımdakı vəziyyətə görə yerinə yetirilmədi. Nəticədə misirlilər 1,06 milyard dollara bu helikopter daşıyıcılarını (Rusiya 1,53 milyard dollar ödəməyə hazır idi) aldılar.
İsrailin narahatlığı
Misirin maliyyə çətinliyi yaşandığı bir vaxtda Yaxın Şərqdə və Afrika ölkələrində ən böyük gəmilərə sahib olması düşündürücüdür. Bu razılaşmadan əvvəl heç kim Misirə belə gəmilərin lazım olduğunu ehtimal etmirdi.
Misir Hərbi Dəniz Donanmasının rəhbərliyi gəmilərin qaz yataqlarının qorunması və terrorla mübarizə üçün istifadə ediləcəyini açıqlayıb.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az