Roqozin: “Detonasiya raket mühərriki uğurla sınaqdan keçirilib”

2018/01/191_1516364325.jpg
Oxunub: 3289     20:17     19 Yanvar 2018    
“Rusiyada detonasiya raket mühərriki uğurla sınaqdan keçirilib”.

Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Dmotro Roqozin bəyan edib.

“Detonasiya raket mühərriklərinin sınaqları Rusiyada uğurla tamamlanıb. Bu mühərriklər Prespektivli Araşdırmalar Fondunun proqramı çərçivəsində hazırlanıb”, - deyə Roqozin bildirib.

Onun sözlərinə görə, yeni raket mühərriki motor hipersəsinin realizə yollarından biridir və hipersəs PUA-larının yaradılması üçün böyük prespektivlər vəd edir.

Roqozin həmçinin bu mühərrikin istifadə olunacağı PUA-ların 4-6 Mah sürətə nail ola biləcəyini açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Detonasiya-mühərriki  


Bizi "telegram"da izləyin