Pakistan-Hindistan sərhəddində atışma: Ölənlər var

2018/01/hbQD-UBEd2g123_1516299779.jpg
Oxunub: 4281     02:20     19 Yanvar 2018    
Pakistan və Hindistan qoşunları arasında baş verən qarşıdurma nəticəsində iki nəfər pakistanlı mülki şəxs həlak olub, 5 nəfər isə yaralanıb.

Ordu.az “Washington Post”a istinadən xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

Məlumatda bildirilir ki, yaralananlardan üçü qadındır. Pakistan ordusu cavab atəşi açıb.

Pakistan XİN-nin yaydığı məlumata görə, 2018-ci il ərzində Hindistan əsgərləri 100 dəfədən çox atəşkəsi pozub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan-Hindistan   Kəşmir   Ölüm  


Bizi "telegram"da izləyin