Britaniya HHQ İŞİD-in dron operatorlarını bombaladı

2018/01/main-801324_1516298568.jpg
Oxunub: 2605     02:01     19 Yanvar 2018    
Britaniya Hərbi Hava Qüvvələri (HHQ) ötən həftə ərzində Fərat vadisinin İŞİD terrorçularından təmzilənməsi əməliyyatlarına qoşulub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Qavin Uilyamson bildirib ki, ölkənin üzləşdiyi təhdid sürətlə artır və buna görə də ölkənin silahlı qüvvələrinin apardığı əməliyyatlar Britaniya xalqının öz evində təhlükəsiz yaşaması üçün əhəmiyyətlidir.

O qeyd edib ki, koalisiya qüvvələrinin aviasiya qüvvələri həftə ərzində getdikcə dronlardan daha geniş miqyasda istifadə edən terrorçuların 3 dron komandasına zərbə endirib. Bu isə ilk belə haldır.

“İŞİD terrorçularının gizlənməyə heç biri yeri qalmayıb. Bu zəhərli qlobal şəbəkə tamamilə məhv olana qədər mübarizəmizi davam etdirəciyik”, - deyə nazir əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İŞİD   PUA  


Bizi "telegram"da izləyin