Cənubi Koreya İspaniya HHQ-ni təlim təyyarəsi ilə təmin edəcək

2018/01/2l-image-75123_1516298015.jpg
Oxunub: 1672     01:51     19 Yanvar 2018    
Cənubi Koreya İspaniya Hərbi Hava Qüvvələrinin (HHQ) bir ədəd əsas təlim təyyarəsi ilə bağlı tələbini qarşılamağı düşünür.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyi (MMN) məlumat yayıb.

Açıqlamada bildirilib ki, istehsalat əməkdaşlığı çərçivəsində İspaniyaya Koreya Aerokosmika Sənayesinin istehsal etdiyi “KT-1 Woong-Bee” sadə turbinli təlim təyyarəsi təklif olunub.

MMN İspaniyanın əsas təlim ehtiyaclarını qarşılamaq üçün “KT-1”in satın alınmasına böyük maraq göstərdiyini açıqlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KT-1Woong-Bee   Koreya-İspaniya  


Bizi "telegram"da izləyin