Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, imzalama mərasimi NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutub.
Müqaviləni Qətər tərəfdən Qətər Silahlı Qüvvələrinin Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin rəhbəri general Tariq Xalid, NATO-dan isə Baş katibin köməkçisi Roza Qotemüller imzalayıb.
İmzalama mərasimində hər iki rəsmi, İstanbul Əməkdaşlıq Təşəbbüsü çərçivəsində qurulan NATO-Qətər hərbi əmkdaşlığının vacibliyindən danışıb.
Müqavilə NATO-nun 29 üzv ölkəsi tərəfindən müəyyən edilən məxfi məlumatların paylaşımının mühafizəsini nəzərdə tutur.
Ağalar Ağalarlı
Ordu.az