Ordu.az “Associated Press” nəşrinə istinadən məlumat verir ki, bu barədə Suriya xarici işlər nazirinin müavini Feysəl Mikdad bəyan edib.
Diplomat bu bəyanatı Ankaranın Suriyanın şimalında – Türkiyə ilə sərhədyanı bölədə YPG terrorçularına qarşı əməliyyatlara başlaması niyyəti ilə əlaqədar olaraq səsləndirib.
Mikdadın sözlərinə görə, Dəməşq Türkiyə qoşunlarının YPG-yə qarşı istənilən gücumunu “aqressiya aktı” və beynəlxalq qanunvericiliyin polulması halı qiymətləndirəcək.
Qeyd edək ki, rəsmi Dəməşq dəfələrlə Suriyanın şimalında yerləşən YPG terrorçularının ABŞ-la birgə hərəkət etməsini pisləyib və onlarla toqquşmalara girib. Bu baxımdan Mikdadın səsləndirdiyi bəyanat başadüşülən deyil.
Xatırladaq ki, daha öncə Türkiyə Baş Qərargahı qoşunlarının Suriya ilə sərhəddə terror təhlükəsinə qarşı mübarizə və ölkəsinin təhlükəsizliyini qorumaq məqsədilə döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.
Ağalar Qəribov
Ordu.az