Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya Xəbər Agentliyi SANA məlumat yayıb.
“Silahlı Qüvvələrin uğurlu döyüşlərinin məntiqi nəticəsi olaraq, Hələbin qərb hissəsindəki Suriya qüvvələri ilə İdlibin şərqindəki qüvvələr arasındakı məsafə artıq cəmi 2 kilometrdir”, - deyə “SANA” məlumat verib.
Hərbi əməliyyatlar zamanı xeyli sayda terrorçunun məhvedildiyi, zirehli nəqliyyat vasitələrinin sıradan çıxarıldığı və böyük həcmdə sursatın ələ keçirildiyi bildirilib.
Ağalar Ağalarlı
Ordu.az