Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Mark Mayli səsləndirib.
“Bəyənsək də, bəyənməsək də, süni zəka gəlir. Mən mərc gəlməyə hazıram”, - deyə Meyli bildirib.
Meyli bu texnologiyaların ordu vasitələrinə necə əlavə ediləcəyi haqda əlavə məlumat verməsə də, qarşıdakı 10-15 il ərzində ordunun quruda və səmada bu qabaqcıl texnologiyaların dəstəyindən yararlanacağını proqnoz edib.
“Mən bilmirəm ki, süni zəka robot və maşınların insanları əvəzləyəcəyi mənasına gəlir ya yox. Lakin mən əminəm ki, müasir kvant hesablamaları və bəzi İT texnologiyaları çox vacibdir və bizə çətin anlarda cəld qərar verməyə kömək edə bilər. Əgər biz şəbəkə kimi şeylərdə bunu istifadə etmiriksə, onda sadəcə axmaqıq. Çünki digərləri bu məsələdə sürətlə ilərləyir”, - deyə general əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az