Ordu.az “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Ev əməkdaşlarının aparat rəhbəri Con Kelli bəyan edib.
ABŞ-ın KXDR-ə qarşı müharibəyə başlamaq niyyəti barədə suala cavab verən Kelli “Ümid edirəm ki, yox” deyə cavab verib.
O əlavə edib ki, Vaşinqton bu problemin həllini 25 ildir ki, təxirə salır, lakin bunu davam etmək üçün artıq imkan yoxdur.
“Biz Kim Çen Inla hər şeyi həll etməliyik, onun ABŞ-a çatmağa qadir nüvə silahına malik olmasına yol vermək olmaz”, - deyə Kelli bildirib.
Ağalar Qəribov
Ordu.az