ABŞ alimləri KXDR-in nüvə başlıqlarının sayını müəyyənləşdiriblər

2018/01/456456_1516261560.jpg
Oxunub: 2918     15:45     18 Yanvar 2018    
Birləşmiş Ştatlardan olan mütəxəssislər Şimali Koreyanın nüvə potensialını qiymətləndirərək Pxenyanda nüvə başlıqlarının 20 ədəd ola biləcəyi qənaətinə gəliblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat “Bulletin of Atomic Scientists” nəşrində yayılıb.

Amerika mütəxəssisləri hesab edirlər ki, bu analiz KXDR-in istifadəsində olan hazır nüvə materialının sayına nəzərən müəyyənləşdirilib. Bununla belə, qeyd edilir ki, ekspertlər yalnız ictimaiyyət üçün açıq olan məlumatlara istinad ediblər.

O cümlədən Şimali Koreyada olan nüvə materialı ilə ən azı 60 ədəd nüvə başlığının hazırlanmasının mümkün olduğu bildirilir.

Qeyd edək ki, ekspertlər hazırda KXDR-in nüvə başlıqlarını atmosferə daxil etmək üçün texnologiyaya malik olması barədə məlumata sahib deyillər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Nüvə-başlığı  


Bizi "telegram"da izləyin