Tramp: “Rusiya KXDR-lə vəziyyətin həllinə ümumiyyətlə yardım etmir”

2018/01/4632273567567_1516256717.jpg
Oxunub: 1875     14:24     18 Yanvar 2018    
“Rusiya Şimali Koreya ətrafında vəziyyətin həll olunmasına ümumiyyətlə yardım etmir”.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Rusiya Şimali Koreya ilə bağlı bizə ümumiyyətlə kömək etmir. Rusiya Çinin bizə kömək etdiyi məsələləri nivelirləyir. Başqa şəkildə desək, Rusiya Çinin etdiklərinin qarşısını alır”, - deyə Tramp bildirib.

ABŞ prezidenti hesab edir ki, Putin KXDR ətrafında vəziyyətin həll olunması üçün çox şey edə bilər, lakin hazırda Moskva və Vaşinqton arasındakı əlaqələrin səviyyəsi aşağıdır.

“O, (Vladimir Putin – red.) çox şey edə bilər. Lakin təəssüf ki, bizim Rusiya ilə əlaqələrimiz çox zəifdir və bir çox hallarda Rusiyanın Çinin Pxenyandan götürdüklərini onlara verməsi mümkündür. Nəticələr ola biləcəkləri qədər yaxşı deyil”, - deyə Tramp vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   KXDR   Tramp  


Bizi "telegram"da izləyin