Türkiyə Rusiya və ABŞ-la Afrin əməliyyatını müzakirə edir

2018/01/435345345_1516255863.jpg
Oxunub: 2219     14:09     18 Yanvar 2018    
“Türkiyə Suriyanın şimalında yerləşən Afrin rayonu ərazisində əməliyyatın keçirilməsinin Rusiya və ABŞ-la müzakirəsini davam etdirir”.

Ordu.az “Haberturk” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.

“Hazırda bu mövzuda Rusiya və ABŞ-la müzakirələr davam etdirilir”, - deyə o, jurnalistlərin Moskva və Vaşinqtonun Türkiyənin niyyətlərinə necə yanaşmaları ilə bağlı suala cavab verərkən bildirib.

Bozdağ qeyd edib ki, Ankara PKK-nin Suriyadakı qanadları hesab etdiyi PYD və YPG terrorçularına qarşı hərbi əməliyatların keçirilməsini istisna etmir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi, Afrində terrorçulara qarşı əməliyyatlar istənilən an başlaya bilər”, - deyə Türkiyə baş nazirinin müavini vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Bozdağ   Afrin  


Bizi "telegram"da izləyin