Mettis: "ABŞ-ın KXDR-lə müharibə üçün planı var"

2018/01/162_1516253465.jpg
Oxunub: 3691     13:31     18 Yanvar 2018    
"Vaşinqtonun Şimali Koreya ilə müharibə üçün planı mövcuddur".

Ordu.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

O, bu barədə Vankuverdə xarici işlər nazirlərinin görüşündən öncə təşkil olunan şam yeməyi çərçivəsində bildirib.

"ABŞ hazırlaşır. Bizim müharibə üçün planımız var", - deyə Mettis masa arxasında əyləşənlərdən birinin ABŞ-ın KXDR-in fəaliyyətinə nə ilə cavab verməyə hazırlaşdığını soruşduqda qeyd edib.

Bununla belə, Pentaqon rəhbəri Vaşinqton üçün Prioritetin hələ də diplomatik cəhdlərlə danışıqlar aparmaqdan ibarət olduğunu vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin