Şimali Koreyadan meydana gələn ballistik raket təhdidinin artırdığı təşviş bu həftə ərzində Havay adalarında və Yaponiyada yanlış raket siqnalı verilməsində də özünü büruzə verir.
Ordu.az “express.uk saytına istinadən xəbər verir ki, yanlış həyəcan siqnalları Birləşmiş Krallıqda bir çoxlarını ölkəyə nüvə hücumu baş verəcəyi təqdirdə necə xəbərdarlıq ediləcəyi ilə bağlı düşünməyə vadar edib.
Birləşmiş Ştatlar və Yaponiya qısa mesajlar, televiziya bülletenlərindən istifadə edərək bunu həyata keçirsə də, Britaniya xəbərdarlıq sistemi bir qədər sirlidir.
Şimali Koreya nüvə arsenalını gücləndirməyə və ABŞ-ı təhdid etməyə davam edir və Londona zərbə endirməyə qadir raketi var. Britaniyanın bir hücuma hazırlaşması üçün nə qədər vaxta ehtiyacı var?
Hökumət Britaniyaya yaxınlaşmaqda olan nüvə qiyaməti ilə bağlı necə xəbərdarlıq edəcəyini hələki açıqlamayıb, lakin bəzi alternativlərə nəzər yetirək.
Mətn mesajı
Britaniya hökuməti Havay sakinlərini təşviş içinə salan mətn mesajından istifadə yolunu araşdırır.
Kabinet 2013-cü ildə 50 min nəfərə mətn mesajı göndərməklə sistemi sınaqdan keçirdi, lakin bu sistem britaniyalıları sel və texniki hadisələr zamanı xəbərdar etmək üçün hazırlanıb.
Hökumət sistemi təqdim etməyib. Buna görə də nüvə raketi zamanı xəbərdarlıq üçün TV və radiodan istifadə etməyi planlaşdıra bilər.
TV
Əhaliyə nüvə hücumunun yaxın olduğunu bildirmək üçün TV yayımı dayandırıla bilər.
Havaydakı yanlış siqnal zamanı təcili xəbərdarlıqla futbol və beysbol yayımı dayandırıldı. Radio xəbərdarlığı da TV-ni müşayiət edə bilər.
Esseks Universitetinin professor Con Preston bildirib ki, əhali əvvəlcədən mesajların necə olacağı ilə bağlı xəbərdar edilməlidir.
“Əhalinin belə şeylərin necə olacağını əvvəlcədən bilməsi çox vacibdir. Əks halda bunun bir yalan olduğunu düşünər və inanmazlar”, - deyə o bildirib.
Sosial media
Professor preston həmçinin sosial medianın mümkün hücum zamanı xalqın xəbərdar edilməsində böyük rol oynaya biləcəyini düşünür.
Soyuq Müharibə Taktikaları
Soyuq Müharibə dövründə hökumət nüvə hücumu təhdidi ən yüksək səviyyədəykən hava hücum fitlərindən istifadə etməyi planlaşdırırdı.
Müasir dövrdə bu fitlərdən çox az istifadə edilir və qalanlar da regional limanlarda və sənaye mərkəzlərindədir.
BBC Soyuq Müharibə dövründə hücum baş verərsə, radio vasitəsilə dörd dəqiqəlik xəbərdarlıq buraxılışı etməyi planlaşdırırdı.
Professor Preston bu məsələ ilə bağlı da danışıb: “BBC-nin “Böhrana bağlanmaq” adlı bir siyasəti var. Bu protokollarla qəbul edilib, amma biz nə olduğunu dəqiq bilmirik. Kabinetin mobil telefonlarla televiziya yayımı etmək təklifi də var. Lakin xalqın hamısını xəbərdar edilməsi üçün əsas TV şirkətlərindən istifadə edilməsindən başqa nə kimi planların olduğundan məlumatsızıq. Ən böyük problem isə mesajlara baxarkən insanların onlara inanıb-inanmayacağı məsələsidir”.
Xəbərdarlıq mesajında nələr qeyd ediləcək?
BBC-nin Soyuq Müharibə mesajının mətni belə idi: “Bu müharibə yayım xidmətidir”
“Bu ölkə nüvə silahından hücuma məruz qalıb”
“Su ayaqyolu üçün istifadə edilməməlidir. Suyu sadəcə içmək və yemək bişirmək üçün istifadə edin”
“Su həyatdır, onu israf etməyin”
“Heç bir halda evdən çıxmayın”
“Radioasiya öldürə bilər. Onu görmək və hiss etmək mümkün deyil. Çölə çıxsanız, özünüzə və ailənizə ölümcül təhlükə ilə qarşı qoya bilərsiniz”
Mesaj təxminən bu tipli mətnlərdən ibarət olacaq.
Britaniyanın raket xəbərdarlıq sistemi niyə məxfidir?
Əgər hökumət əhaliyə nüvə hücumu zamanı qəflətən nə etməli olduğunu desə, insanlar təşviş içində qala bilər. Digər ölkələr bunu onlara hücuma hazırlaşırmışıq kimi qəbul edə bilərlər.
Havay nümunəsində nəticənin nə qədər pis olduğu görüldü. KXDR də bunu ABŞ-ın müharibəyə hazırlığına işarə kimi anlaya bilər. Professor Preston öz fikirlərini belə tamamlayır: “Gələcəkdə müxtəlif ölkələrin hücum təhdidi altında qala bilərik, buna görə də hökumət planlarını bir daha nəzərdən keçirib, realda nələrin baş verə biləcəyini bizə göstərməlidir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Britaniya
KXDR
Nüvə